17 iyun 2014 00:15
Makedoniyalı futbolçu XL ilə yollarını ayırdı
"Xəzər Lənkəran"ın makedoniyalı yarımmüdafiəçisi Nikola Qliqorov komandadan ayrılıb. Azerisport.az xəbər verir ki, xavbek artıq özünə yeni klub da tapıb.
Qliqorov bundan sonra Makedoniyanın "Vardar" klubunda çıxış edəcək. Bu barədə futbolçu özü məlumat verib:
"Danışıqlar hələ davam edir. Rəsmi müqavilə imzalanmayıb. Amma bu, yaxın günlərdə baş verə bilər".
