18 iyun 2014 00:01

Böyükağa Hacıyev: İkinci qolda nəinki biz, gürcülər də təəccübləndilər

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Gürcüstanın “Çixura” klubu ilə yoxlama oyunundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:

“Bu oyunda əsas heyətin bir neçə üzvünü - Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Julius Vobay, Bruno Bertuççini meydana buraxmadım. Çünki onlar hazırlığa dünəndən başlamışdılar və fərdi şəkildə məşq edirdilər. Əvəzində, bir sıra gəncləri yoxladım. İki fərqli hissə izlədik. İlk yarıda komandamızdan razı qaldım. Penalti zərbəsindən sonra qol buraxsaq da, 2 qol vurub oyunu xeyrimizə çevirə bildik. İkinci hissədə heyətin yarıdan çoxunu dəyişdik. Əvəzedici komandadan toplanışa dəvət etdiyimiz futbolçuları meydana buraxdıq. Onların təcrübəsizliyi də öz sözünü dedi. Bununla belə, məğlub olmaya bilərdik. Məğlubiyyətdə hakimin də “rolu” az olmadı. Rəqibin ikinci qolu qeydə alınanda nəinki biz, hətta gürcülər də təəccübləndilər. Məqsəd İsayev topu qapı xəttindən yarım metr irəlidə başla uzaqlaşdırsa da, yan hakim qol qeydə aldı. Bundan başqa, hakim Elşən Abdullayevə qarşı açıq-aşkar kobudluğa göz yumdu və penalti təyin etmədi. Nəticədə məğlub olduq. Amma unutmayaq ki, bu bir yoxlama oyunudu. Üstəlik, komanda cəmi 4-5 gündü hazırlığa başlayıb. Toplanışın bu mərhələsində belə oyunlar ağır olur. Yoxlama oyunlarında buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq və bu səhvlər üzərində işləyəcəyik”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.