17 iyun 2014 11:01
Qarabağ Almaniya klubu ilə qarşılaşacaq
"Qarabağ"ın iyunun 22-dən etibarən Avstriyada təlim-məşq toplanışında olacağı məlumdu. Azerisport.az xəbər verir ki, yeni mövsümə hazırlıq çərçivəsində baş tutacaq toplanış zamanı komandanın uyulun 23-də Donetsk "Şaxtyor"u (Ukrayna) ilə, 28-də "Kuban"la (Rusiya) qarşılaşacağını xəbər vermişdik.
Artıq Ağdam klubunun daha 2 sınaqçı rəqibi müəyyənləşib. İyulun 1-də komandamız Almaniya regional liqa təmsilçilərindən "SV Wacker Burghausen" ilə qarşılaşacaq. İyulun 4-də isə Qurban Qurbanovun yetirmələri Çexiyanın "Viktoriya" (Çexiya) kollektivi ilə üz-üzə gələcək. (klub saytı)
