17 iyun 2014 18:45
Qəbələ Belarus klubunu darmadağın etdi
Belarus paytaxtı Minskdə təlim-məşq toplanışında olan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Minsk-2004" kollektivi ilə qarşılaşan "qırmızı-qaralar" rəqibi 3:0 hesabilə məğlub edib.
Komandamıza qələbə qazandıran qollara Mehrac Baxşəliyev (2) və Xəyal Səmədov imza atıb.
"Qəbələ"nin növbəti oyunu iyunun 19-da baş tutacaq. "Qırmızı-qaralar"ın ikinci rəqibi BATE (Borisov) olacaq. (klub saytı)
