17 iyun 2014 18:02
Abışov Qəbələdə?
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışovun "Qəbələ"yə mümkün keçidi barədə əvvəllər xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu gün onun sosial şəbəkələrdə "Qəbələ" forması ilə şəkilləri yayılıb.
Amma maraqlıdı ki, klubun mətbuat xidməti Abışovun "Qəbələ"yə keçdiyi barədə xəbərləri təsdiqləməyib.
