17 iyun 2014 17:41
Qarabağ hücumçusunu yola salır
"Qarabağ" gürcüstanlı hücumçusu Nikolas Gelaşvili ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, o, Gürcüstanın "Zestafoni" klubuna keçməyə hazırlaşır.
Bu barədə sözügedən komandanın baş məşqçisi georgi Qequçadze məlumat verib. O, qeyd edib ki, futbolçunun özü və klubu ilə razılıq əldə olunub. Gelaşvilinin "Qarabağ"la bir illik müqaviləsi olsa da, bu, onun ölkəsinin klubuna keçməsinə problem yaratmayacaq.
Məlumatı Ağdam klubunun rəsmiləri də təsdiqləyiblər. Onlar bu yöndə danışıqların davam etdiyini bəyan ediblər.
Xatırladaq ki, Gelaşvili əvvəllər də "Zestafoni"də çıxış edib.
