17 iyun 2014 16:05
Yığmamızdan Bosniyaya 4 cavabsız qol
Bosniya və Herseqovinanın Sarayevo şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında təşkil olunan beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, UEFA tərəfindən təşkil edilmiş turnirdə ilk matçına çıxan yığmamız yerli komanda ilə qarşılaşıb.
Görüş millimizin inamlı qələbəsi ilə başa çatıb. Rəqib qapısından topları Kristina Bakarandze, Çağla Kanpara, Gizem Tenekeçi və Dilgə Uyğun keçiriblər.
Sabah millimiz Makedoniya ilə qarşılaşacaq. İyunun 20-də isə komandamızı Monteneqro ilə görüş gözləyir.
