Millimiz Prezident kuboku turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 24-dən 30-na qədər Qazaxıstanın Astana şəhərində təşkil olunacaq "Prezident kuboku" turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, yığmamız İspaniya, İran və Tacikistanla eyni qrupda mübarizə aparacaq.
Turnirin iştirakçılarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
A qrupu: Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Çin.
B qrupu: İspaniya, İran, Tacikistan, Azərbaycan.
25 iyun
09:00. Qırğızıstan - Gürcüstan
11:00. İran - Tacikistan
13:00. İspaniya - Azərbaycan
17:30. Rəsmi açılış mərasimi
18:00. Qazaxıstan - Çin
26 iyun
09:00. İran - Azərbaycan
12:00. Gürcüstan - Çin
15:00. Tacikistan - İspaniya
18:00. Qazaxıstan - Qırğızıstan
28 iyun
09:00. Çin - Qırğızıstan
12:00. Azərbaycan - Tacikistan
15:00. İspaniya - İran
18:00. Qazaxıstan - Gürcüstan
29 iyun
09:00. VII yer uğrunda oyun
11:00. V yer uğrunda oyun
13:00. III yer uğrunda oyun
18:00. Final
