17 iyun 2014 15:00
Elvin Həsənəliyev rəsmən Sumqayıtda
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Elvin Həsənəliyev bu klubla 1 illik müqavilə imzalayıb.
Elvin "Sumqayıt"da icarə əsasında çıxış edəcək. Məlumatı klubun rəsmi saytı yayıb.
