17 iyun 2014 14:43
Avstriya ilə Sloveniya Simurqu gözləyir
"Simurq" yay hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, komanda iyunun 27-də Sloveniyaya yollanacaq.
Komanda burada iyulun 13-nə kimi hazırlıq keçəcək. Bir neçə günlük istirahətdən sonra, iyulun 17-də isə Zaqatala təmsilçisi Avstriyaya yola düşəcək. Georgi Çixradzenin yetirmələri vətənə avqustun 1-də qayıdacaqlar.
Bu iki ölkədəki hazırlıq çərçivəsində "Simurq" bütövlükdə 8 yoxlama oyunu keçirəcək. Onlardan 3-ü Sloveniyada, 5-i isə Avstriyada baş tutacaq.
