17 iyun 2014 14:16
Xəzər Lənkəranın qapıçısı Türkiyə yolunda
"Xəzər Lənkəran"ın xorvatiyalı qapıçısı Vyekoslav Tomiç cənub klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, onunla Türkiyə klubları maraqlanır.
31 yaşlı qapıçının Super Liqa klublarından birinin, eləcə də PTT 1-ci Liqada çıxış edən "Balılesirspor" və "Adana Dəmirspor"un maraq dairəsində olduğu bildirilir.
Tomiçin karyerasını harada davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gəlməlidi.
