17 iyun 2014 01:32
Neftçinin düşərgəsinə daha dörd legioner qoşuldu
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" Türkiyə toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq komandanın Boludakı düşərgəsinə daha beş yeni futbolçu təşrif buyurub.
Bunlardan dördü legioner (Flavinyo, Karlos Kardoso, Bruno Bertuççi, Ernest Nfor), digəri isə Elvin Yunuszadədi.
Qeyd edək ki, "Neftçi" bu gün Gürcüstan klubu "Çixura" ilə yoxlama oyunu keçirəcək.
