17 iyun 2014 13:21
Muarem Muarem: Qarabağı dünyaya tanıdacağıq
"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin startı ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bu turnir bizim üçün çox vacibdi. Tarix yazmaq istəyirik. Əminəm ki, "Qarabağ"ın gücü buna yetəcək. Öz gücümüzə inanıram. Dünya yeni komanda tanıyacaq. Biz yeni "Qarabağ"la hamını tanış edəcəyik".
