17 iyun 2014 01:24
İnter Avstriya klubuna beş cavabsız qol vurdu
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, "bankirlər" artıq bu ölkədə ilk sınaq matçına da çıxıb.
Təmsilçimiz yerli "Buxşaxen" komandası ilə qarşılaşıb. Avstriyanın dördüncü divizionunda çıxış edən bu komanda ilə görüş paytaxt klubunun inamlı qələbəsi ilə başa çayıb - 5:0. Mirzağa Hüseynpurun dubla imza atdığı görüşdə digər qolları Baçana Sxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal vurublar.
Qeyd edək ki, "İnter" növbəti sınaq matçını yerli "Şturm"a qarşı keçirəcək.
