16 iyun 2014 00:56
Qəbələ üç Belarus klubu ilə üz-üzə
"Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə Belarusa yollanıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, paytaxt Minskdə məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 sınaq oyunu keçirəcək.
İlk matç iyunun 17-də paytaxt təmsilçisi "Minsk-2004"-ə qarşı baş tutacaq. "Qırmızı-qaralar" ikinci görüşdə iyunun 19-da BATE Borisovla münasibətlərinə aydınlıq gətirəcək. "Qəbələ" son görüşdə iyunun 21-də "Fortuna" kollektivi ilə üz-üzə gələcək.
Təmsilçimiz iyunun 22-də vətənə dönəcək.
