16 iyun 2014 00:45
İnterin ilk rəqibi bəlli oldu
Məlum olduğu kimi, "İnter" hazırda Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, "bankirlər" bu gün Avstriya vaxtı ilə saat 18:15-də yerli "SC Buchschachen" komandası ilə qarşılaşacaq.
"İnter"in yoxlama oyunlarında ilk rəqibi ölkəsinin gücünə görə 4-cü Liqasının Burqenland zonasında mübarizə aparır.
Qeyd edək ki, "SC Buchschachen" - "İnter" matçı "Thermenhotel Kurz Lutzmannsburg" otelinin meydançasında baş tutacaq. (klub saytı)
