16 iyun 2014 13:44
"Türkiyədən dəvət olsa da, vətənə qayıtmağa üstünlük verdim"
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov "Araz Naxçıvan"a transferindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Şadam ki, karyeramı vətənimdə davam etdirəcəm. Bunu çoxdan istəyirdim. Sadəcə, təklif gözləyirdim. "Araz Naxçıvan" sağ olsun, məni unutmadılar. Bir illik müqavilə bağlamaq istəyirəm. Türkiyə və Baltikyanı ölkələrdən təkliflər vardı. Amma mən vətənə dönməyə üstünlük verdim".
