16 iyun 2014 00:23
Neftçi Gürcüstan klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqları davam etdirən "Neftçi" iyunun 17-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamızın ilk rəqibi Gürcüstan Kubokunun finalçısı “Çixura” klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, hazırlığın Bolu mərhələsi çərçivəsində “Neftçi”nin daha 2 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların tarixi haqda əlavə məlumat veriləcək. (klub saytı)
