16 iyun 2014 13:33
Abışov Rusiyanın digər klubuna keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın "Rubin" klubundan getməyə qərar verib. Azerisport.az xəbər verir ki, o, başqa kluba keçmək variantını gözdən keçirir.
Ruslan ilk növbədə "Rubin" rəhbərliyi ilə danışmalıdı. Yalnız bundan sonra o, yekun qərarını açıqlayacaq.
Bu arada Abışova Moskva "Torpedo"sundan təklif gəlib. Elitaya yenicə qatıdan bu klub onun xidmətində maraqlıdı.
Qeyd edək ki, Abışovun Kazan klubu ilə müqaviləsi bu ilin dekabr ayında başa çatacaq.
