16 iyun 2014 12:40
Hafiz Məmmədov Bakının futbolçuları ilə görüşəcək
"Bakı"nın prezidenti Hafiz Məmmədov komandanın üzvləri ilə görüş keçirəcək. Azerisport.a xəbər verir ki, görüşdə klubdakı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, "Bakı"da hazırda ciddi maliyyə probleminin olduğu bildirilir. Güman ki, bu toplantıda sözügedən problemin də həlli yolları axtarılacaq.
Görüşün hələ həftənin əvvəlində baş tutması gözlənilir.
