16 iyun 2014 12:07
Mahir Şükürovu Karşıyaka istəyir
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun xidmətində maraqlı olan Türkiyə klubunun adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Türkiyənin PTT 1-ci Liqasında çıxış edən "Karşıyaka"dı.
31 yaşlı futbolçunun xidmətində bu komandanın baş məşqçisi Yusuf Şimşək şəxsən maraqlıdı.
Qeyd edək ki, son mövsümü "Neftçi"də keçirən Şükürov başa çatan müqaviləsini yeniləməyib. O, hazırda azad agent statusu daşıyır.
