16 iyun 2014 11:55
Dorinel Muntyanu haqda 6 fakt
Azerisport.az “Qəbələ”nin yeni baş məşqçisi Dorinel Muntyanu haqda altı faktı diqqətinizə çatdırır:
Məşqçi karyerasının ilk üç ilini Muntyanu futbolçu kimi keçirib. O, ÇFR, “Arceş”, “Vasluy” və “Universitatya” (Kluj) komandalarında oynayan məşqçi olub.
Doqquz illik məşqçilik dövründə Muntyanu doqquz müxtəlif komandaya rəhbərlik edib. “Qəbələ” 10-cu sükandır. Yalnız “Otselul”da rumın mütəxəssis bir mövsümdən artıq qalıb. Bütün digər komandalarla onun münasibətləri çox çəkməyib.
Muntyanunun əsas məşqçilik uğurları “Otselul”la bağlıdır. 2010/2011-ci illər mövsümündə o, Rumıniya çempionluğunu və Super Kubokunu qazanıb. Muntyanu komandasını həmçinin, 2011/2012-ci illər mövsümü Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Onun yetirmələri qrup sonuncusu olublar.
Muntyanunun Rusiyadakı işi bəzi yerlərdə qalmaqalla yadda qalıb. 2012-2013-cü illərdə rəhbərlik etdiyi “Mordoviya”dan gedişi elə də rəvan keçməyib. Bir sıra fikir ayrılıqları səbəbi ilə klubla yolları o qədər gec ayrılıb ki, Muntyanu yeni komandası “Kuban” ilə münasibətlərinin rəsmiləşdirə bilməyib. Hətta Rusiya futbol ittifaqı (RFİ) buna icazə versə də, “Mordoviya” apellyasiya verərək, geri çəkilməyib. Qeyd edək ki, “Kuban”a iyunda gəlmiş Muntyanu Krasnodar klubu ilə artıq oktyabrıda vidalaşıb.
Futbolçu olduğu zaman Muntyanu millimizlə dörd dəfə üz-üzə gəlib: iki dəfə AÇ-nin (1996, 2000) təsnifat mərhələsində. Bütün oyunlarda Rumıniya yığması qalib gəlib (3:0, 4:1, 1:0, 4:0). AÇ-2000-nin təsnifat mərhələsi çərçivəsində iki yığmanın son oyununda Muntyanu dörd qoldan birini vurub. O, penaltidən fərqlənib.
Rumıniya yığmasında Muntyanı 134 oyun keçirib ki, bu da yığmanın mütləq rekordudur. Sabiq yarımmüdafiəçi yığmanın heyətində DÇ-94, 98, həmçinin, AÇ-1996, 2000-də iştirak edib.
