Sumqayıtın prezidenti: Mahir Şükürov bizim cibimizə görə deyil
"Sumqayıt"ın prezidenti Kamran Quliyev Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovu transfer edəcəklərinə dair xəbərləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, "Neftçi"dən ayrılan futbolçu ilə bağlı bunları söyləyib:
"Bizim Mahirlə əlaqəmiz olmayıb. O, yığma komandamızın üzvüdü, təbii ki, müəyyən tələbləri var. Sumqayıt şəhəri onun üçün doğma olsa da, onun tələbləri ilə bizim imkanlarımız üst-üstə düşmür. Açığını deyim ki, Mahir bizim cibimizə görə deyil. Şükürov böyük oyunçudu, futbolumuzda artıq bir brenddi. Həm də "Sumqayıt" elə klub deyil ki, bura başqa heç bir variantı olmayan futbolçular gəlsin. Yığma komandamızın üzvü olmasını nəzərə almaq olar. Amma Mahir bizim imkanlarımızı da nəzərə almalıdı. O, daha yaxşı klublarda oynamağa qadirdi".
