"Qarabağa uğur qazanmaq üçün gəlmişəm"
"Qarabağ"ın yeni transferi Cavid Tağıyev bu keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Bilirəm ki, çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar. "Qarabağ"dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdı. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə, buna ancaq sevinə bilərəm. Onun və bütün "Qarabağ" camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm. "Qarabağ"ın heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
