16 iyun 2014 15:20
Cavid Tağıyev rəsmən Qarabağda
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" transfer çalışmalarını da sürdürməkdədi. Azerisport.az xəbər verir ki, Ağdam klubu Danilo Dias, Tərlan Quliyevin ardından daha bir keçidi rəsmiləşdirib.
"Qarabağ" ölkəmizin gənc və istedadlı futbolçularından sayılan Cavid Tağıyevi transfer edib. 22 yaşlı Cavid Tovuz futbolunun yetirməsidi. Millimizin aşağı yaş qruplarının formasını geyinir. Yarımüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Cavidlə 3 illik müqavilə bağlanıb. İstedadlı yarımmüdafiəçi yeni komandasında 77 nömrəli formanı geyinəcək. (klub saytı)
