16 iyun 2014 14:48
İnter Ayntraxta uduzdu, Partizan Vilyarreala qalib gəldi
Bu gün "Şəfa" stadionunda Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "IBA Cup" yeniyetmələr arasında III beynəlxalq futbol turniri start götürüb. Azerisport.az xəbər verir ki, bu gün 1-ci turun 4 oyunu keçiriləcək.
Turun artıq iki oyunu baş tutub. Belə ki, "İnter" Almaniyanın "Ayntraxt" klubuyla qarşılaşıb. Oyun 2:5 hesabıyla almanların xeyrinə başa çatıb.
"Karpatı" (Ukrayna) - "Partizan"(Serbiya) qarşılaşmasında isə serblər güclü olublar. Oyun 2:1 hesabıyla Serbiya təmsilçisinin xeyrinə başa çatıb.
Xatırladaq ki, bu gün axşam "Vilyarreal"(İspaniya) - "Rubin" (Rusiya) matçı saat 18:00-da, "Beşiktaş"(Türkiyə) - "Dinamo" (Tiflis) qarşılaşması isə saat 19:30-da baş tutacaq.
