16 iyun 2014 14:27
Yuri Syomin Rauf Əliyevi də yanına aparır
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevlə Rusiyanın "Mordoviya" klubu maraqlanır. Bu barədə azerisport.az saytına "Bakı"nın forvardı özü məlumat verib.
"Mənimlə "Mordoviya"nın nümayəndələri maraqlanıblar. Amma konkret təklif etmədilər. Eyni sözləri "Xəzər Lənkəran" haqda da deyə bilərəm. Özümə gəlincə, "Bakı" ilə müqaviləm var. Amma klubdan heç bir xəbər yoxdu. Əgər maliyyə məsələsi həllini tapsa, komandada qalacam. Etiraf edim ki, özüm legioner həyatı yaşamaq istəyirəm. Amma yaxşı menecerim yoxdu ki, bu məsələni həll etsin".
Qeyd edək ki, "Mordiviya"nı "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin çalışdırır.
