15 iyun 2014 01:00
Simurq Rəşad Eyyubovla yeni müqavilə imzaladı
"Simurq" Peşəkar İdman Klubu Rəşad Eyyubovla yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 2011-ci ildən Zaqatala təmsilçisində forma geyinən gənc futbolçu daha iki il bu komandanın heyətində karyerasını davam etdirəcək.
Qeyd edək ki, Rəşad Eyyubov "Çernomorets" futbol məktəbinin yetirməsidi.
"Simurq"un heyətində Premyer Liqada 50 matçda meydana çıxıb və 5 qol vurub.
