15 iyun 2014 00:55
Simurq məşqçi heyəti ilə yeni müqavilə imzaladı
"Simurq" Peşəkar İdman Klubu əvəzedici heyətin baş məşqçisi Rövşən Babayev, köməkçisi Asif Ramazanov və qapıçılarla işləyən məşqçi Rauf Mehdiyevlə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, hər üç mütəxəssis daha iki il bu komandanın sükanı arxasında çalışacaq.
Qeyd edək ki, əvəzedici heyət bu məşqçilərin rəhbərliyi altında son iki mövsümdə ölkə birinciliyində medalçılar sırasına düşüb. 2012/13-cü il mövsümündə komanda gümüş, 2013/14-cü ildə isə bürünc medallar qazanıb. (klub saytı)
