15 iyun 2014 00:43
Amit Quluzadə yenidən Türkiyəyə yollanır
"Qəbələ"nin yarımmüdafiəçisi Amit Quluzadə karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu indiki klubundan yeni müqavilə təklifi alsa da, qardaş ölkədə çıxış etmək variantını da gözdən keçirir.
Onun xidmətində "Boluspor" və "Antalyaspor" klublarının maraqlı olduğu bildirilir. Hələlik Quluzadə bütün bu təklifləri götür-qoy etməklə məşğuldu. Gənc yarımmüdafiəçi tezliklə öz seçimini edəcək.
