15 iyun 2014 00:17
Muntyanu bu gün Qəbələnin düşərgəsinə yollanacaq
Rumıniyalı mütəxəssis Dorinel Muntyanu "Qəbələ" ilə müqavilə bağlamağa yaxındı. Azerisport.az saytının əldə etdiyi məlumata görə, bu gün onun bölgə təmsilçisinin Sloveniyadakı düşərgəsinə yollanması gözlənilir.
Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək bu komanda hazırda məhz Sloveniyada hazırlıq keçir. Bolqarıstanlı İvaylo Petevlə danışıqları uğursuz alınan "Qəbələ" rəhbərliyi isə boş qalmış baş məşqçi postuna məhz Muntyanunu gətirmək fikrindədi.
