15 iyun 2014 23:44
Muntyanu Qəbələ ilə ilk qələbəsini qazandı
Qəbələ Sloveniyada ilk yoldaşlıq oyununu keçirib. Azersiport.az xəbər verir ki, “radarlar” yerli üçüncü liqa təmsilçisi “Stoynitsa” ilə qarşılaşıblar və 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 80-ci dəqiqədə Nizami Hacıyev vurub.
“Qəbələ”nin start heyəti belə olub: Anar Nəzirov, Ruslan Əmircanov, Vladimir Levin, Murad Teymurov, Ürfan Abbasov, Müşfiq Teymurov, Elvin Camalov, Nizami Hacıyev, Sadiq Quliyev, Ruslan Tağızadə, Dodo.
Bu, “Qəbələ”nin yeni baş məşqçisi Dorinel Muntyanunun rəhbərliyi altına “radarlar”ın ilk qələbəsi olub.
