15 iyun 2014 19:48
Mahir Şükürov Sumqayıtda oynaya bilər
"Neftçi"dən ayrılan Mahir Şükürov klub tapmaqda çətinliklə üzləşib. Azerisport.az xəbər verir ki, iddialı klublar Şükürovla maraqlanmır.
Belə də müdafiəçinin "Sumqayıt" klubunda oynayacağı gözlənilir. Hazırda heç bir təklif almayan Şükürov menecerindən son qərarı gözləyir. Əgər gələn həftə başqa təklif olmasa Mahir yeni mövsümə iddiasız klubda başlayacaq.
