15 iyun 2014 19:19
AZAL Türkiyədə beş yoxlama oyunu keçirəcək
AZAL yeni mövsümə hazırlıq çərçivəsində Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, qardaş ölkənin Bolu şəhərində hazırlaşacaq komanda 13 gün Qara dəniz bölgəsində qalacaq.
Belə ki, toplanış 16-28 iyul aralığında baş tutacaq. Bu dövrdə komanda “Esentepe” otelində məskunlaşacaq. Türkiyə toplanışı çərçivəsində AZAL 5 yoxlama görüşü keçirməyi planlaşdırır. Hələlik rəqiblərin kimliyi dəqiqləşməyib. Bu yöndə işlər görülür. Yaxın günlərdə buna da aydınlıq gələcək.
(Klub saytı)
