15 iyun 2014 18:22
AZAL çempionun iki futbolçusunu heyətinə qatıb
Yeni mövsümün hazırlıqlarına başlamaq üzrə olan AZAL heyəti gücləndirmək yolunda addımlar atmaqdadır. Azerisport.az xəbər verir ki, komanda “Qarabağ”ın iki futbolçusunun - Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidini həll edib.
Daha dəqiqi, klublar arasında futbolçuların 1 illiyə icarəyə verilməsi barədə razılıq əldə olunub. Futbolçularla şəxsi müqavilələr yaxın günlərdə imzalanacaq.
(Klub saytı)
