15 iyun 2014 15:55
Vaqif Cavadov Azərbaycanı tərk edəcək
"İnter"lə yeni müqavilə imzalamayan Vaqif Cavadov yeni mövsümdə ölkə xaricində çıxış edə bilər. Azerisport.az-a açıqlamasında məlumatı atası Füzuli Cavadov verib.
Onun sözlərinə görə ölkə daxilindən real təklif yoxdur: "Azərbaycanda iki klub maraqlanırdı, amma məsələ təklif olaraq qaldı. “İnter”lə iyunun sonuna qədər müqaviləsi var. Əgər ölkə daxilində bizi qane edən təklif olsa, qəbul edəcəyik. Ailə vəziyyəti ilə əlaqədar onun xaricdə oynaması alınmır. Hazırda daha çox real təklif Türkiyə və Rusiyadan var. Qonşu Rusiyadan premyer-liqa təmsilçisi onunla maraqlanıb. Türkiyədə isə ən real təkliflər Bank Asiya liqasındandır. Sadəcə, bizi yalnız Superliqa cəlb edir. Menecerlər bir qədər gözləməyi məsləhət bilib. Yəqin, gələn həftə hər şey dəqiqləşəcək. Azərbaycandan təklif olmasa, qonşu ölkələrdə oynayacaq".
