15 iyun 2014 15:44
Ruben İtterqor-Yense: Azərbaycan Norveç üçün ciddi rəqibdir
Norveç yığmasının futbolçusu Ruben İtterqor-Yense azerisport.az saytının suallarını cavablayıb:
- AÇ-2016-nın təsnifat mərhələsinin başlanmasına demək olar ki, iki ay qalıb. Rəqiblərinizdən biri Azərbaycan yığmasıdır...
- Biz bütün rəqiblərimizə ciddi yanaşırıq. Bizim üçün Malta, Azərbaycan və İtaliya arasında fərq yoxdur. Əlbəttə, biz kimi güclü, kimin zəif olduğunu bilirik. Ancaq buna rəğmən, biz son dərəcədə ciddiyik.

- İlk turda sizi İtaliya yığması ilə oyun gözləyir.
- Qələbəyə oynayacağıq. Əlbəttə, İtaliya yığması qrupumuzda ən güclü hesab edilir. Ancaq indi məğlubedilməz komanda yoxdur.

- Siz Azərbaycan komandasının son qələbəsindən xəbərdarsınız?
- Bəli.
- Bəli.
- Hansı oyunda?
- Siz rəsmi oyunu yoxsa yoldaşlıq görüşünü nəzərdə tutursunuz?

- Hər ikisini.
- Rəsmi oyunda Şimali İrlandiya yığmasını (2:0), yoldaşlıq görüşündə isə Filippin yığmasını məğlub etmişiniz (1:0).

- Azərbaycan yığması haqda yaxşı bilikləriniz var...
- Açığını deyim, haqqınızda məlumatım elə də çox deyil. Sadəcə, yığmanızın təsnifat mərhələsində rəqibi olacağını bilib bəzi anlara şəbəkədə baxmışam.

- Siz nə vaxtsa Azərbaycan yığması və ya klubları ilə üzləş misiniz?
- Məncə, yox.
- Məncə, yox.
- Hər hansı Azərbaycan klubu və ya oyunçusunu tanıyırsınız?
- Futbolçuları tanımıram. Ancaq bilirəm ki, Azərbaycan futbolu inkişaf edir. Bunu lap dəqiq demək olar. Bir neçə ildən sonra Azərbaycan yığmasını görmək, maraqlı olardı. Ancaq bilirəm ki, sizin yığmanı Berti Foqts çalışdırır.

- Necə hesab edirsiniz, bizim yığmamızın AÇ-nin final mərhələsinə çıxmaq şansı var?
- Əlbəttə. Əgər futbol inkişaf edirsə, bu, gec-tez baş verəcək. Məhz sizin futbol inkişaf edir. Bosniya və Herseqovina, Belçika yığmalarına baxın. Biz də qarşıdakı təsnifatda final mərhələsinə çıxmaq üçün mübarizə aparacağıq.

- Azərbaycan sizin üçün ciddi rəqibdir?
- Yüz faiz. Azərbaycan yığmasına qarşı mütləq ciddi hazırlaşacağıq.