15 iyun 2014 14:48

Dorinel Muntyanu: Rəhbərlik həmişə komandaya yaxından dəstək olur

"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu təyinatı ilə bağlı ilkin təəssüratlarını klub saytı ilə bölüşüb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis yeni komandasında uğur qazanmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib. Baş məşqçi köməkçiləri barədə də məlumat verib: 
- Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdu. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdi. Başlanğıc necə olursa, sonra elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdi ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
- Qısa müddət sonra "Qəbələ"ni Avropa Liqasında çətin sınaq gözləyir...
- Avropa Liqasına az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi hazırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətli komanda yaratmaqdı.
- Yəqin ki, komanda üçün yaradılan şərait barədə məlumatlısız...
- Buradakı hazırlıq şəraiti çox yaxşıdı. Əldə etdiyim məlumata görə Qəbələdəki şərait də yüksək səviyyədədi. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib amillərdi. 
- Son olaraq məşqçilər korpusu barədə...
- Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.