15 iyun 2014 14:40
İnter ikinci məşqini keçirib
Məlum olduğu kimi, "İnter" hazırda Avstriyanın Lutzmannsburq qəsəbəsindı təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, ötən gün yerli vaxtla saat 17:00-da "bankirlər" bu ölkədə ikinci məşqini keçirib.
Təxminən 1 saat 30 dəqiqə davam edən məşq prosesi isinmə hərəkətlərlə başlayıb, daha sonra futbolçular topla çalışıblar. Ötürmələr üzərindəki tapşırıqdan sonra oyunçular bir neçə komandaya bölünərək futbol oynayıblar.
Qeyd edək ki, komandamız bu gün də 2 dəfə məşq edəcək.
