15 iyun 2014 14:28
Dorinel Muntyanunun köməkçiləri müəyyənləşib
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanunu köməkçilərinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib:
"Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam".
