14 iyun 2014 00:09
İnter Vaqif Cavadova olan borcunu ödədi
Millimizin futbolçusu Vaqif Cavadov "İnter" klubunun ona olan pul borcunu alıb. Yığmayla birgə ABŞ-a səfər edən forvard o zaman bankirlərin ona verməli olan pulunu almamışdı.
Azerisport.az xəbər verir ki, Bakıya qayıdandan sonra "İnter"in bazasına gedən Vaqif maliyyə məsələsini həll edib.
Qeyd edək ki, Cavadovun hansı klubda oynayacağı hələ də məlum deyil. Onunla maraqlananlar arasında "Xəzər Lənkəran" və "Qəbələ" klubları var.
