14 iyun 2014 18:30
İnter gürcü futbolçu ilə gücləndi
“İnter” Avropa Liqası çərçivəsində keçirəcəyi oyunlar öncəsində heyəti gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, "bankirlər" gürcüstanlı futbolçu Aleksandr Amisulaşvili ilə 1 il müddətinə müqavilə imzalayıb.
Dünən axşam Avstriyaya gələn futbolçu bu gün səhər keçirilən məşqdə heyətlə tanış edilib.
Qeyd edək ki, Amisulaşvilinin son klubu Rusiya “Krılya Sovetov”u olub. Buna qədər təcrübəli müdafiəçi Gürcüstanın “Dinamo” (Tiflis), Rusiyanın “Krasnodar”, Türkiyənin “Kayserispor” və digər klublarda çıxış edib. (klub saytı)
