14 iyun 2014 15:15
Şeffild Uensdeyin hücumçusu: Hafiz Məmmədovun gəlişi ilə premyer-liqaya çıxacağımıza inamım daha da artdı
İngiltərənin “Şeffild Uensdey” klubunun hücumçusu Atde Nuhiu azerisport.az saytına müsahibəsində “bayquşlar”ın azerbaycanlı iş adamı Hafiz Məmmədov tərəfindən alınması haqda danışıb:
“Komandanın yeni sahibinin olması, əlbəttə ki, sevindirici haldır. Ötən mövsümü yaxşı keçirə bilmədik. 16-cı yerdə qərarlaşdıq. Buna görə də komandada nə isə dəyişməli idi. İndi klubun yeni sahibi var. Yəqin ki, yeni futbolçular da gələcəklər və hər şey yaxşı olacaq”, deyə Nuhiu söhbətə başlayıb.
O, həmçinin, qeyd edib ki, Hafiz Məmmədov haqda artıq eşidib: “Mən onun “Lans”ın sahibi də olduğunu bilirəm. Onun gəlişindən sonra bu komanda Feransa 1-ci Liqasına vəsiqə qazana bildi. İnanıram ki, bizdə də hər şey belə olacaq. Qarşıdakı mövsümdə premyer-liqaya çıxmaq uğrunda mübarizə aparacağıq. Həmçinin, Məmmədovun Madrid “Atletiko”su ilə əməkdaşlıq etdiyini də bilirəm. Onun gəlişi klublara uğur gətirir”.
“Şeffild Uensdey”in azərbaycanlı iş adamı tərəfindən alınmasından sonra nəyin dəyişdiyi haqda suala Nuhiu yasrızarafatla cavab verib: “Klubun büdcəsi dəyişib (gülür). Deyirlər ki, onun gəlişindən sonra klbun büdcəsi 40 milyon avroya qədər artıb. Belə bir axından sonra komandada istənilən dəyişikliklər etmək olar. Hafiz Məmmədovun gəlişi ilə premyer-liqaya çıxacağımıza inamım daha da artdı”.