14 iyun 2014 14:36
Aleksandr İaşvili İnterə kömək etməyəcək
"İnter"in gürcüstanlı hücumçusu Aleksandr İaşvili yeni mövsümdən paytaxt klubuna kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, 37 yaşlı forvard karyerasını başa vurmağa qərar verib.
"Bankirlər"in məşqçi korpusu onu yenə komandanın sıralarında görməkdə maraqlı olsa da, o, "İnter"lə Avstriya toplanışına getmək istəməyib.
