14 iyun 2014 13:00

Elvin Yunuszadə: Qattuzo postundan getdiyinə görə Syona keçidim alınmadı

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- Hazırlıq necə keçir?
- Biz hələ ki, bir gündü Boludayıq. Heyətdə yenilər var. Əlimizdən gələni edəcəyik ki, yeni gələnlər komandaya tez uyğunlaşa bilsinlər.

- "Neftçi"dən Avropa Liqasında hansı nəticəni gözləyirsiz?
- Biz bir dəfə tarix yazmışıq. Buna görə də bizdən uğurumuzun təkrarlanmasını gözləyirlər. Amma futbolda hər şey ola bilər.

- Sizcə, ötən mövsüm sizin üçün uğurlu alındı?
- Çempionatda yox. Çünki Premyer Liqada biz elə də yaxşı çıxış etmədik. Amma kubokdakı çıxışımızı yüksək qiymətləndirirəm. Biz kuboku qazanmağı bacardıq.

- "Qarabağ"ın çempionluğu barədə nə deyə bilərsiz?
- Ağdamlıları bu qələbə münasibəti ilə təbrik edirəm. Onlar güclü idilər və qalib gələ bildilər. Bu komandaya Çempionlar Liqasında uğurlar arzulayıram. Ümumiyyətlə, avrokuboklardakı bütün təmsilçilərimizə uğur diləyirəm.

- Bugünlərdə Tərlan Quliyev "Neftçi"dən "Qarabağ"a keçdi...
- Onun qərarına hörmətlə yanaşmaq lazımdı. Tərlan yaxşı oğlandı, perspektivli futbolçudu. İnanıram ki, "Qarabağ"da böyük uğurlar qazanacaq. İnşallah, hər şey onun istədiyi kimi olar.

- "Neftçi"yə isə Kaue transfer olunub. O, komandanıza xeyir verə biləcək?
- O, həqiqətən də yaxşı oyunçudu. İnanıram ki, Kaue "Neftçi"yə fayda verəcək.

- Ötən il sizin İsveçrə "Syon"una keçidiniz gündəmdə idi. Niyə alınmadı?
- Bəli, belə bir şey vardı. Amma Cennaro Qattuzonun postundan getməsi səbəbindən transfer baş tutmadı. Əks halda indi orada çıxış edirdim.

- İndi bəzi klublardan dəvət almağınız haqda xəbərlər doğrudu?
- İndi bu barədə danışmaq istəmirəm. Qoy bir qədər vaxt keçsin, hər şey bəlli olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.