13 iyun 2014 00:38
Qəbələ Nikola Valentiçdən imtina etdi
"Qəbələ"nin serbiyalı yarımmüdafiəçisi Nikola Valentiç komanda ilə birgə Sloveniya toplanışına getməyib. Azerisport.az xəbər verir ki, o, hazırda zədəsini sağaltmaqla məşğuldu.
Bu üzdən "Qəbələ" rəhbərliyi bu futbolçu ilə müqavilə yeniləməkdə maraqlı deyil. Valentiç Azərbaycanda özünə yeni klub tapmaq istəmədiyindən vətəninə dönüb. Onunla bir neçə Serbiya klubunun maraqlandığı bildirilir.
