13 iyun 2014 12:23
İnterin futbolçusu Fransa çempionatında oynayacaq
Bu yay "İnter"lə yollarını ayıran Brüs Abdulaye özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, fransalı futbolçu bundan sonra vətənində çıxış edəcək.
Belə ki, 32 yaşlı müdafiəçi "Orlean"la 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, bu komanda yeni mövsümdən Fransanın 2-ci Liqasında çıxış edəcək.
Abdulaye son iki mövsümdə "İnter"in şərəfini qoruyurdu.
