13 iyun 2014 11:48

Aqolli: Qarabağı ÇL-in qrup mərhələsində görməyi arzulayan fanatları yaxşı anlayıram

"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la müqavilənizi yenilədiz. Öncə bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Özümü "Qarabağ"da çox əla hiss edirəm. Yeni müqavilə bir illik nəzərdə tutulub.

- Komandanızdan Çempionlar Liqasında nə gözləyirsiz?
- Orada zəif rəqib anlayışı yoxdu. Ona görə ki, rəqiblərimizin hər biri öz ölkəsinin ən güclüsüdü. Çox çətin olacaq.

- ÇL-in qrup mərhələsinə düşməyiniz nə dərəcədə inandırıcıdı?
- Bu haqda danışmaq hələ tezdi. Hələ ilk rəqibimizin kim olacağına baxmaq lazımdı. Allah eləsin ki, növbəti mərhələyə yüksələ bilək. Amma biz hazırda yalnız start oyunlarına köklənməliyik.

- Hansı ölkə klublarını özünüz üçün keçiləsi hesab edirsiz?
- Dediyim kimi, indi ÇL-də asan rəqib yoxdu. Hər bir klubun öz oyun üslubu var, digərlərindən fərqlənir. Hansısa komanda adına görə zəif görünə bilər. Amma meydanda hər şey tam fərqli olur. Ona görə də hər rəqibə ciddi yanaşmalıyıq. Ən azından ona görə ki, "Qarabağ" bu turnirdə mümkün qədər irəli getmək istəyir.

- Azərbaycanlı futbolsevərlər komandanızın ÇL-in və ya Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə inanırlar...
- Onların hamısını gözəl başa düşürəm. Bütün azarkeşlər həmişə komandalarının uğur əldə etməsini arzulayırlar. "Qarabağ"ın tərəfdarları da eyni şeyi istəyir. Bu, onların haqqıdı. Çox ümid edirəm ki, biz qrup mərhələsinə vəsiqə qazana biləcəyik. Biz özümüz də bunu, azarkeşlərimizi sevindirməyi çox istəyirik. Allah eləsin ki, bütün rəqiblərimizə qalib gəlib, bu istəyimizə nail olaq.

- Bəs siz özünüz komandanı buna hazır sayırsız?
- Biz buna sizdən az ümid etmirik. Çox ümidliyəm ki, bu, bizdə alınacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.