13 iyun 2014 11:05
Ristoviç: Bakının maliyyə problemini nə vaxt yoluna qoyacağını gözləyirəm
"Bakı"nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç komandadakı gələcək aqibətinin klubun maliyyə durumundan asılı olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bir neçə ayın maaşını almamışıq. Bu, hamıya məlumdu. Mən klubun bu problemi nə vaxt yoluna qoyacağını gözləyirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
