13 iyun 2014 18:25
Qarabağ Donetsk Şaxtyoru və Krasnodarla qarşılaşacaq
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" artıq təlim-məşq toplanışına start verib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri hazırlıqların ilkin mərhələsini Bakıda keçirəcək.
İyunun 21-dək paytaxtda hazırlaşacaq Qurban Qurbanovun komandası toplanışın ikinci mərhələsini Avstriyada keçirəcək. "Qarabağ" iyunun 22-də səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq və hazırlıqları orada davam etdirəcək.
Toplanış çərçivəsində "Qarabağ"ın keçirəcəyi bir neçə yoldaşlıq oyunu da təsdiqlənib. Belə ki, iyun ayının 23-də Ukrayna çempionu "Şaxtyor" (Donetsk) ilə, 28-də isə Rusiyanı Avropa Liqasında təmsil edəcək "Krosnodar" klubu ilə sınaq matçları nəzərdə tutulub.
